Vaxtım yoxdur!
12 October 2025

Vaxtım yoxdur!

Bəlkə elə deyil?

About
Bazar ertəsindən cüməyə qədər avtopilot rejimində yaşayırıq. İşə get, evə gəl, yemək ye, yat. Bütün ümidlərimizi isə o müqəddəs iki günə – həftəsonuna bağlayırıq.

Amma şənbə səhəri gözümüzü açan kimi yeni bir stress başlayır: "Mənim cəmi bir həftəsonum var, onu da ən yaxşı şəkildə keçirməliyəm!"
Görüşlər planlaşdırılır, gediləcək məkanlar siyahısı tutulur, sosial mediada hər kəsin "mükəmməl" həftəsonu ilə özümüzü müqayisə edirik. Və bazar axşamı yorğun halda divanda oturub düşünürük: "Mən istirahət etdim, yoxsa sadəcə növbəti tapşırıqları yerinə yetirdim?" Mixael Endenin "Momo" nağılındakı Boz adamlar kimi, biz də öz vaxtımızın oğrusuna çevrilmişik. Hər anı optimallaşdırmağa, hər dəqiqəni "səmərəli" keçirməyə çalışırıq. Amma bəlkə də əsl səmərəlilik, bəzən sadəcə olmaqdır. Heç bir plan qurmadan, heç bir məqsəd güdmədən...


Əgər siz də avtopilotda yaşadığınızı hiss edirsinizsə və həyatın əsl dadını unutduğunuzu düşünürsünüzsə, bu söhbət sizin üçündür.


Gəlin, birlikdə "pause" düyməsini axtaraq.