Techweek #E6S3: GrokAI nə üçün belə tərbiyəsizlik edir? - Çatbotların qaranlıq tərəfi
28 January 2026

Techweek #E6S3: GrokAI nə üçün belə tərbiyəsizlik edir? - Çatbotların qaranlıq tərəfi

Tech-week

About

Əziz dinləyicilər, hamınıza yeni həftədən salamlar! Epizodumuz texniki səbəblərdən bu dəfə daha gec yayıma girir.

Bu gün müzakirəsini etdiyimiz mövzu - keçən həftə gündəmi çalxalayan GrokAI skandalı oldu. Süni İntellektin boşluqlarından "yararlanaraq" insanların müxtəlif gerçək insanların, məşhurların fotolarını götürüb, addım-addım onların çılpaqlaşdıraraq platformanın öz təhlükəsizlik qaydalarına uyğunsuz hala gətirməsi oldu.

İllərdir Süni İntellektin bu çatışmazlığını görməzdən gələn, yaxud da bundan agah olmayan şirkətlər və hökümətlər artıq zərəri idarə etmək rejiminə keçid ediblər. Bizim də epizodlarımızda dəfələrlə izah etdiyimiz, Sİ - in bu kimi öncədən görülməz, xaotik tərəflərini daha yaxşı idarə etmək üçün, gələcəyimizi, mənəviyyatımızı, şəxsiyyətimizi və məxfiliyimizi - ən önəmli dəyərlərimizi qoruyaraq irəliləməliyik.

Bu arada, bu epizodumuzda yenə bir qədər texniki detallara girərək, təhlükəsizlik sistemlərinin ehtimallara dayanan tərəfini, nə üçün klassifikasiyaların 100%@% işləyə bilmədiyini də izah etmişik.

Tech-week olaraq bizim bu maarifləndirmə yolumuzda inandığımız o parlaq gələcəyə bizimlə birlikdə addımlamaq üçün, bizə dəstək olmağı, dinlədiklərinizi dostlarınızla, ətrafınızla və ya sosial mediada paylaşaraq onların da bu müzakirələrdən faydalanmağına tövhə verməyi unutmayın. Bizə çox fayda vermiş olarsınız.

Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı da unutmayın.

Son bölümü YouTube-da izlə:  https://www.youtube.com/watch?v=KV56f5dirQw