
Salamlar əziz dostlar, bu günkü yeni bölümümüzə, sezon 3-ün son epizodu olan 10-cu epizoda xoş gəlmisiniz. Bu gün haqqında danışacağımız mövzu - proqnoz bazarları, Polymarket və ya Kalshi kimi platformaların geniş yayılması, mərclərin ümumiyyətlə bir çox idman oyunlarının, proseslərin, qərarların, hətta mobil tətbiqlərin qumara çevrilərək, həyatlarımıza daha dərindən sirayət etməyə başlaması haqqında olacaq.
Bu kimi proqnoz/mərc bazarlarının tarixindən başlayaraq, onların tənzimlənməsi, qumarlaşma və oyunlaşdırma dalğasının beyinlərimizə olan təsirindən tutun, gələcəkdə bu platformaların hansı yönə təkamül edəcəyinə kimi hər mövzuya toxunmuşuq.
Tech-week olaraq bizim bu maarifləndirmə yolumuzda inandığımız o sağlam gələcəyə bizimlə birlikdə addımlamaq üçün, bizə dəstək olmağı, dinlədiklərinizi dostlarınızla, ətrafınızla və ya sosial mediada paylaşaraq onların da bu müzakirələrdən faydalanmağına tövhə verməyi unutmayın. Bizim hədəfimizə çox kömək etmiş olarsınız. Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı da unutmayın.
Son bölümü YouTube-da izlə: https://www.youtube.com/watch?v=vbIDWIh4n9Q