Skip to content
Opens in a new window
İndi “Gələcək mən”iniz olun | Bu kitabı niyə oxumalıyam? | Libraff | Söhbətgah
01 September 2026

İndi “Gələcək mən”iniz olun | Bu kitabı niyə oxumalıyam? | Libraff | Söhbətgah

Söhbətgah

About
Bu dəfə yeni biur kitabın icmalı ilə görüşünüzə gəldik. Dr. Bencamin Hardinin fikrincə, sizin “Gələcək mən”iniz, yəni məqsədlərinizə çatdığınız zaman özünüzü yerində təsəvvür etdiyiniz insan təkcə indiki “mən”inizdən daha əhəmiyyətli deyil; əlaqələri düzgün quracağınız halda ən güclü bələdçiniz də ola bilər.

Dr. Hardi “İndi “Gələcək mən”iniz olun” kitabında aşağıdakı mövzuları əhatə edir:

• “Gələcək mən”inizin elmi əsasları;

• Arzuladığınız “Gələcək mən”inizi necə yaratmalı və onunla necə əlaqə qurmalı;

• “Gələcək mən”inizin hazırda təsəvvür edə bildiyiniz sərhədlərini necə genişləndirməli;

• “Gələcək mən”iniz üçün yeddi ən böyük təhdid;

• “Gələcək mən”iniz haqqında yeddi ən güclü həqiqət;

• “Gələcək mən”inizi indi təsəvvür etmək, müəyyənləşdirmək və yaşamaq üçün yeddi konkret addım.