
Podcast Ə — ABŞ-da İmmiqrasiya Hüququ haqqında danışır:Bu epizodda mənim həmsöhbətim ABŞ-da fəaliyyət göstərən vəkil İsmayıl Şahtaxtinskidir, “I.S. Law Firm”un təsisçisi və rəhbəri. O, 20 ildən artıq təcrübəyə malik ABŞ İmmiqrasiya Hüququ üzrə mütəxəssisdir və American Immigration Lawyers Association təşkilatının üzvüdür.Söhbətimizdə ABŞ-a köçmək, yaşamaq və işləmək istəyənlər üçün immiqrasiya prosesləri, yaşıl kart (Green Card), iş vizaları və ailə üzvlərinin birləşməsi kimi mövzuları müzakirə edirik.👉 Bu epizodda öyrənəcəksiniz: • ABŞ-a immiqrasiya üçün ən real və qanuni yollar hansılardır? • Trump administrasiyası və İmmiqrasiya. • ABŞ artıq immiqrantlar ölkəsi deyil? • Green Card Lottery 2027 bu il niyə açılmadı 💬 Faydalı olacağını düşündüyünüz insanlarla paylaşın və kanalı dəstəkləmək üçün bəyəni və abunə ol düymələrini unutmayın.