Yaddaşı Gücləndirməyin Yolları - 14 Günlük Super Yaddaş Proqramı |
19 June 2026

Yaddaşı Gücləndirməyin Yolları - 14 Günlük Super Yaddaş Proqramı |

PLANET FM

About
Gündəlik həyatın qaçhaqaçında, işdə və ya dərslərdə hər şeyi tez-tez unutmaqdan şikayət edirsiniz? "Düşüncə Mərkəzi" verilişinin bu buraxılışında, tanınmış yaddaş üzrə ekspert Elnur Rəhimov ilə birlikdə unutqanlığın pərdəarxası səbəblərini analiz edir və beynimizin gizli gücünü ortaya çıxaracaq dahi yaddaş texnikalarını öyrənirik.

Bu elmi və praktik söhbətdə müasir dövrün ən böyük problemlərindən olan yaddaş pozulmasının səbəbləri masaya yatırılır, həmçinin yaddaşı 3 qat artırmaq üsulları vizual şəkildə izah edilir. "Super yaddaş nədir?" və hər bir insan bu qabiliyyətə sıfırdan sahib ola bilərmi? Ekspertimiz cəmi 14 gündə super yaddaş qazanmağın xüsusi metodlarını və beyin məşqlərini ilk dəfə bu videoda bölüşür. Əgər imtahanlara hazırlaşan tələbəsinizsə, iş həyatında diqqətinizi toplamaq istəyirsinizsə və ya yaşla bağlı unutqanlığın qarşısını almaq niyyətindəsinizsə, bu video sizin zehni inkişafınız üçün əvəzsiz bir bələdçi olacaq.