Taylandda Bal Ayı Macərası: Ofis Yoxdur, Hamı Evdən İşləyir! - Ucuz Aviabilet Tapmağın Real Yolu:
08 July 2026

Taylandda Bal Ayı Macərası: Ofis Yoxdur, Hamı Evdən İşləyir! - Ucuz Aviabilet Tapmağın Real Yolu:

PLANET FM

About
Bu buraxılışımızda onlayn işləməyin üstünlüklərindən, dünyanı gəzməyin asan yollarından və səyahət fırıldaqlarından qorunma üsullarından danışırıq! Qonağımız Aviasales platformasının onlayn kontent meneceri Dinara Cəfərovadır.

Podcastda Dubay, Qazaxıstan (Almatı) və Tayland səfərləri zamanı yaşanan maraqlı, həmçinin viza imtinaları ilə dolu macəralı hadisələrə toxunduq. Taylandda bal ayı keçirmək, ekzotik küçə yeməkləri və meymunların hücumuna məruz qalma hekayələri ilə yanaşı, Almatının gözəl payız mənzərələri və yerli mətbəxi (baursak, laqman və at əti) haqqında real təəssüratları bölüşürük. Həmçinin, ucuz aviabilet tapmağın yeganə elmi yolu və Aviasales tətbiqi vasitəsilə bilet qiymətlərini izləməyin sirləri bu podcastda!