
06 July 2026
Nizami Gəncəvidə Qadın-Kişi Münasibətləri: Xosrov və Şirin Eqolarının Mübarizəsi
PLANET FM
About
Karl Yunq və Ziqmund Freyd psixoanaliz nəzəriyyələrini əslində Nizami Gəncəvidən götürüblər? "Xosrov və Şirin" əsəri sadəcə bir sevgi dastanıdır, yoxsa iki güclü eqonun psixoloji müharibəsi? Bu videoda Planet FM-in "Zaman Maşını" verilişinin aparıcısı Nigar xanım və qonağı, Əməkdar mədəniyyət işçisi, yazıçı İlqar Fəhmi dahi şair Nizami Gəncəvinin yaradıcılığını müasir psixologiya, fəlsəfə və siyasət prizmasından analiz edirlər. Videoda həmçinin, Ömər Xəyyamın fəlsəfi rübailəri ilə Kafkanın "Qəsr" əsərinin bənzərliyi, orta əsrlərdə əlyazma kitabların hermetik sirrləri və Umberto Ekonun "Qızıl gülün adı" romanındakı zəhərli vərəqlər motivinin ədəbi təhlili yer alıb. Nizaminin "Xurma ağacı" məsəli ilə müasir ziyalı xanımların karyera və ailə seçimləri arasındakı acı bənzərlik, şahmat və nərd oyunları üzərindən insan xislətinin və mənsəbə çatdıqdan sonra "əyri yol gedən" piyadaların psixologiyası bu səmimi söhbətdə!