Dünyanın Ən Qorxulu Yollarında 67 Gün! - Pamir Dağları və Əfqanıstan Reallığı
18 June 2026

Dünyanın Ən Qorxulu Yollarında 67 Gün! - Pamir Dağları və Əfqanıstan Reallığı

PLANET FM

About
Dünyanı gəzmək sadəcə turistik məkanları ziyarət etmək deyil, bəzən ölümün gözünə dik baxaraq ən ekstremal yollardan keçməkdir. "Tam Vaxtı" verilişinin "Planeti Visa ilə kəşf et" rubrikasının bu buraxılışında, məşhur "Uzaqgörən" səyahət verilişinin aparıcısı Namiq Əhmədzadə ilə birlikdə motorla çıxdığı, 67 gün davam edən qorxulu və unudulmaz Orta Asiya turlarını müzakirə edirik.

Bu maraqlı söhbətdə Buxara, Əfqanıstan, Türkmənistan, Özbəkistan və Tacikistan səfəri zamanı yaşanan bütün pərdəarxası hadisələri üzə çıxarırıq. "Türkmənistandan viza ala bilmədik" deyən qonağımız, quru sərhədlər bağlı olduğu halda Gürcüstana necə keçdiklərinin gizli yollarını və Gürcüstanda başlayan bu böyük veriliş proyektinin detallarını bölüşür. Rusiya sərhədində hansı problemlərlə qarşılaşdınız? Dünyanın damı sayılan Pamir dağlarına necə səyahət etdik və hansı tükürpədici çətinliklər yaşadıq? Səyahət zamanı qarşılaşdıqları ölümcül hadisələrdən, Əfqanıstandakı qorxulu qadağalar və qəribə adət-ənənələrdən, hətta səfər zamanı 30 ildir itkin düşən bir qızın tapılma hekayəsindən danışırıq. Əgər gəmi və təyyarə səyahətlərində motor daşınması prosesinin necə olduğunu və beynəlxalq səfərlər zamanı mütləq bilməli olduğunuz məqamları öyrənmək istəyirsinizsə, bu eksklüziv buraxılışı mütləq sonadək dinləyin.