About
Planet FM-in "Zaman Maşını" verilişində "Azərbaycan Trüfel İstehsalçılarının İnkişafına Dəstək" İctimai Birliyinin sədri Lalə xanım Həmidova dünyanın ən bahalı qidalarından olan trüffel göbələyi (truffle mushroom) və onun Azərbaycandakı potensialı haqqında unikal faktlar açıqlayır. Trüfel ilə dombalan göbələyi arasındakı fərqlər, trüffelin fındıq və palıd ağacları ilə simbioz əlaqəsi, xüsusi itlərlə (Lagotto Romagnolo) axtarılması, parnikdə yetişdirilməsinin imkansızlığı, Qarabağda aqroturizm potensialı və xaricə ixrac prosedurları haqqında bütün detalları bu verilişdə dinləyə bilərsiniz.