"İki Yol"-Azərbaycan Cənubi(Afşari 0.mp4

"İki Yol"-Azərbaycan Cənubi(Afşari 0.mp4

Tze-John Liu
00:06:05
Link

About this episode


Azerbaijani South Afshari - The Two Roads.mp3 //
YƏHYA 1 - Allah Kəlamı1. Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. 
2. O, başlanğıcda Allahla birlikdə idi. 
3. Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. 
4. Həyat Onda idi və bu həyat insanların nuru idi. 
5. Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi.6.  Allahın göndərdiyi bir adam ortaya çıxdı, onun adı Yəhya idi. 
7. O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin. 
8. O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi. 
9. Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı. 
10. O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı. 
11. Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi. 
12. Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. 
13. Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu.14. Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük. 
15. Yəhya Onun barəsində şəhadət etdi və nida edib dedi: «“Məndən sonra Gələn məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Şəxs budur». 
16. Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq. 
17. Qanun Musa vasitəsilə verildi, lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi. 18Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağında olan və Allah olan vahid Oğul Onu tanıtdı.