09 October 2026
Yol Hərəkəti Qaydaları Haradan Öyrənilməlidir? | Dairəvi Yollar, Qəza Şəraiti
Dalğa FM
About
Kəskin tormoz qəzalarında günahkar kimdir? Dalğa FM-in "Düzgün Hərəkət" verilişində nəqliyyat eksperti Ərşad Hüseynov və aparıcı Ürfan Məmmədli sürücülərin yol hərəkəti qaydaları haqqında doğru bildiyi yanlışları ifşa edirlər! Önünüzə keçib kəskin tormoz verən avtomobili arxadan vursanız, günah kimdə olar? Dairəvi hərəkət olan yollarda "Baş yol" nişanlarının çatışmazlığı, təhlükəsizlik kəmərinin həyati əhəmiyyəti və TikTok-dakı 1 milyonluq videoların təhlükəsi bu videoda! Həmçinin uşaqlara yol qaydalarını öyrətməyin ən effektiv yolları.