Skip to content
Opens in a new window
Təcili Yardım Maşınının Arxasınca Gedənlər! | Ərşad Hüseynovla Yol-Hərəkət Qaydaları
09 October 2026

Təcili Yardım Maşınının Arxasınca Gedənlər! | Ərşad Hüseynovla Yol-Hərəkət Qaydaları

Dalğa FM

About
Avtomobildə yüksək səslə musiqi dinləmək yol hərəkəti təhlükəsizliyinə necə təsir edir? Sükan arxasında monitordan video izləmək və ya sosial şəbəkələrdə canlı efir açmaq hansı fəsadlara gətirib çıxarır? Skuterlərdə ikinci sərnişini daşımağın cəriməsi nə qədərdir? "Dalğa FM" radiosunun "Düzgün Hərəkət" verilişində Ürfan Məmmədli və yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov sürücüləri və piyadaları narahat edən ən aktual mövzuları təhlil edirlər. Verilişdə şəhərdəki səs çirkliliyi, təcili yardım avtomobillərinin arxasınca yüksək sürətlə gedən fürsətcil sürücülər, məktəblərin qarşısında yaşanan parklanma xaosu, velosiped zolaqlarındakı sürət limitləri və məcburi hərəkət istiqaməti nişanlarının düzgün tətbiqi haqqında ətraflı məlumat ala bilərsiniz.