09 October 2026
Sürücü Psixologiyası | Lizinq Maşınını Ada Keçirmək, Taksi Cərimələri Və Sürət Təhlükəsi
Dalğa FM
About
Yollarda niyə davamlı tələsirik və əsəbiləşirik? Dalğa FM-in "Düzgün Hərəkət" verilişində profayler, insan davranışları üzrə mütəxəssis Təbriz Hacınski, nəqliyyat eksperti Ərşad Hüseynov və aparıcı Ürfan Məmmədli sürücülük psixologiyasını təhlil edirlər! Sükan arxasında obsessiv-kompulsiv pozuntular, tələskənliyin 3 ana psixoloji səbəbi və emosiyaları idarə etmək üçün "STOP texnikası" Həmçinin lizinq ödənişi bitən avtomobili ada keçirmək üçün lazım olan sənədlər və rüsumlar (80 AZN), lisenziyalı taksilərə yazılan qanunsuz cərimələrin ləğvi qaydası bu videoda!