
About
"Sənətin səsi"nin qonağı çoxşaxəli yaradıcılığı ilə seçilən rəssam, dizayner, şair və musiqiçi Rasim Qurbanov oldu. Verilişdə qonağımızın incəsənətin müxtəlif sahələrini bir araya gətirən yaradıcılıq yolu, rəssamlıq və dizayn sahəsindəki fəaliyyəti, poeziyaya və musiqiyə olan sevgisi, ilham mənbələri, həyata keçirdiyi layihələr və gələcək planları barədə söhbət etdik.