Ətin əsl dadı və bişirmə sənəti — "Pit Master" ilə dadın dərinliklərinə səyahət  I Şəhər adamı #185
13 February 2026

Ətin əsl dadı və bişirmə sənəti — "Pit Master" ilə dadın dərinliklərinə səyahət I Şəhər adamı #185

Avto FM 107.7

About
Bu gün qonağımız “BlackBull” restoranının sahibi və direktoru, “Pit Master” Şakir Nəcəfov idi. Onunla “Pit Master” anlayışının nə demək olduğunu, bu sahədə peşəkarlaşmaq üçün mütləq Texasa getməyin vacib olub-olmadığını, "smoker"in nə olduğunu və necə işlədiyini müzakirə etdik. Həmçinin müxtəlif steyklər arasında dad fərqinin necə hiss olunduğu, ətin marinad olunması qaydaları, bişirilmə üsulları, fərqli dadların yaranma xüsusiyyətləri və digər maraqlı məqamlar haqqında ətraflı danışdıq.