About
"Meqapolis" verilişinin qonağı "Nurlu Perfume Lab"ın təsisçisi Qoşqar Nurlu oldu. Efirimizdə parfümer olmağın yolundan, Fransada parfümeriya təhsilindən və Azərbaycanda ilk parfüm laboratoriyasının yaradılması ideyasından danışdıq. Fərdi ətirlərin necə hazırlandığını, müştərinin xarakteri və xatirələrinin qoxu seçiminə necə təsir etdiyini, ətirlərin insandan-insana niyə fərqli qoxduğunu, onları düzgün vurmağın və uzun müddət keyfiyyətini qoruyaraq saxlamağın yollarını, eləcə də insanlarda daha çox maraq oyadan qoxu notlarını müzakirə etdik. Sonda isə insanın xarakterinə uyğun ətir seçmək barəsində danışdıq.