About
"Meqapolis" verilişinin qonağı ekstrim idman növləri üzrə bloger Fuad Tağıyev oldu. Efirdə qonağımızla "skydiving"ə marağın necə yaranması, iştirak etdiyi ölkə və məkanlar, ilk tullanış təəssüratları, sərbəst düşüşün maraqlı məqamları, təyyarə və vertolyotdan tullanma fərqləri, təhlükəsizlik qaydaları, Azərbaycanda bu idman növünün inkişaf imkanları, eləcə də "skydiving"ə başlamaq istəyənlərin ilk olaraq nə etməli olduqları barədə danışdıq.