Azərbaycanda ikinci əl avtomobillərə inam niyə artır? I Qaydaları pozma
29 June 2026

Azərbaycanda ikinci əl avtomobillərə inam niyə artır? I Qaydaları pozma

Avto FM 107.7

About
Bu gün Azərbaycan avtomobil bazarında ən çox verilən suala cavab tapırıq: Çin avtomobilləri ikinci əl bazarında itkidir, yoxsa yox? 🚗

Son illərdə Bakı küçələrində elektrik və hibrid Çin maşınlarının sayı sürətlə artır. Bəs bu avtomobillər salondan çıxdıqdan sonra nə qədər dəyər itirir? 10-12 illik köhnə Avropa maşınındansa, az yürüşlü ikinci əl Çin maşını almaq nə dərəcədə məntiqlidir?
"Qaydaları Pozma" verilişinin bu buraxılışında BYD Motors Bakının satış və marketinq rəhbəri Toğrul Məlikli ilə birlikdə Çin avtomobillərinin qiymət dinamikasını, rəsmi servis tarixçəsinin önəmini və BYD-nin qlobal bazarda az dəyər itirməsinin səbəbi olan "Blade" batareya texnologiyasını müzakirə edirik. 
Podcastda tapacağınız cavablar: Avtomobillər ilk il ərzində neçə faiz dəyər itirir? (20-30% qaydası) İkinci əl Çin maşını alarkən aldadılmamaq üçün nə etməli? (Qüsur aktı və servis tarixçəsi)
BYD-nin ehtiyat hissələri və 40 dəqiqəyə zavod rəngli "body kit" dəyişdirilməsi imkanı.
İkinci əl bazarda tanınmayan Çin brendlərinin yaratdığı risklər.