zeno
Home
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Log in
Sign up
Toggle Sidebar
zeno
Avto FM 107.7
Avto FM 107.7
Automotive
Hobbies
Technology
Azerbaijani
107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
Website
Episodes
300
18 February 2026
Qadınların elm və tədqiqatda səlahiyyətlərinin artırılması və elmə təşviq edilməsi I Şəhər adamı #188
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı siyasi alim, UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, UNEC Xanım Tədqiqatçılar Şurasının rəhbəri Nərgiz Hacıyeva oldu. Veriliş zamanı dünyada baş verən siyasi vəziyyətlərdən, qadınların elm və tədqiqatda səlahiyyətlərinin artırılması və elmə təşviq edilməsindən, müasir dövrdə süni intellektin elmi istiqamətdə rolundan və...
49 min
18 February 2026
Hansı tip insanlar daha çox qəza edirlər?
"Qaydaları Pozma" verilişində klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov ilə psixologiyada qəzaya meyilli sürücünün təsadüf yox, impulsivlik və aqressiya kimi xüsusiyyətlərlə formalaşan davranış modeli olmasından, kişilərin daha riskli, qadınların daha ehtiyatlı sürməsindən və qəza sonrası “mənim günahım deyildi” yanaşmasının müdafiə mexanizmi olmasından danışdıq.
34 min
17 February 2026
Ümumdünya Şəhərsalma Forumu I Şəhər adamı #187
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə meneceri Eldar Rəsulov oldu.Veriliş zamanı Ümumdünya Şəhərsalma Forumu (World Urban Forum) barədə — forumun mahiyyəti, məqsədi və əhəmiyyəti haqqında ətraflı müzakirə apardıq.
34 min
17 February 2026
Sürücülərin ən böyük səhvi: Qəzalar qaydaları bilməməkdən, yoxsa səhv düşüncədən başlayır?
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə yol təhlükəsizliyinin təkcə qaydaları bilmək deyil, təhlükəni əvvəlcədən hiss edib riskləri düzgün qiymətləndirmək və düşünmə tərzini idarə etməkdən ibarət olmasından, aqressiya, həddindən artıq özünə güvən və “mən haqlıyam” prinsipinin qərarverməni zəiflədərək gec reaksiya və təhlükəli vəziyyətlərə səbəb...
31 min
17 February 2026
Turizm sahəsinin incəlikləri I Şəhər adamı #186
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı turizm üzrə mütəxəssis Çinarə Nəbiyeva idi.Onunla turizm sahəsinin incəlikləri, sektorda yaşanan problemlər, qiymət artımının səbəbləri və ümumilikdə turizmin mövcud vəziyyəti barədə ətraflı söhbət etdik.
32 min
17 February 2026
Bir Siqnal, Bir Saniyə – Xüsusi günlərdə yol təhlükəsi I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyevlə birlikdə xüsusi günlərdə sevinc və emosiyaların sükan arxasında diqqəti azalda, qayda pozuntularına və təhlükəli hallara səbəb ola biləcəyi, siqnalın məqsədindən kənar istifadəsinin risk yaratdığı, belə vəziyyətlərdə məsuliyyət məsələsi və yolun sevinc yox, təhlükəsizlik məkanı olduğu vurğulandı.
24 min
16 February 2026
Avtomobillərin Çindən Azərbaycana daşınması I Bir Avto
Bu dəfə “Bir Avto” verilişimizin qonaqları “Abşeron” Ticarət Mərkəzinin direktoru Erhan Topkaya və "NBK Motors" MMC-nin rəhbəri Ahati Aisaiti idi.Onlarla "NBK Motors"un fəaliyyəti, iş prinsipləri, avtomobillər, həmçinin avtomobillərin Çindən Azərbaycana daşınma prosesi və digər maraqlı mövzular ətrafında söhbət etdik.
29 min
13 February 2026
Ətin əsl dadı və bişirmə sənəti — "Pit Master" ilə dadın dərinliklərinə səyahət I Şəhər adamı #185
Bu gün qonağımız “BlackBull” restoranının sahibi və direktoru, “Pit Master” Şakir Nəcəfov idi. Onunla “Pit Master” anlayışının nə demək olduğunu, bu sahədə peşəkarlaşmaq üçün mütləq Texasa getməyin vacib olub-olmadığını, "smoker"in nə olduğunu və necə işlədiyini müzakirə etdik. Həmçinin müxtəlif steyklər arasında dad fərqinin necə hiss olunduğu, ətin marinad olunması qaydaları, bişirilmə...
33 min
13 February 2026
Avtokredit almazdan əvvəl bunları mütləq bilməlisiniz I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə avtokredit zamanı edilən əsas səhvlər, bankların KASKO tələbinin səbəbi, sığorta hadisəsində risk bölgüsü, tam sığorta ilə icbari sığorta arasındakı fərq və sığorta narazılıqlarının səbəbləri haqqında danışdıq.
32 min
12 February 2026
Sürücülər niyə bilərək qayda pozurlar? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla Suraxanı rayonu, Aeroport şosesində metal konstruksiyasının sökülməsi, qaydaları bilərək pozan sürücülər və digər aktual mövzulardan danışdıq.
34 min